Son vaxtlarda uşaqlarda qıızlcayabənzər səpkili infeksiya müşahidə olunur.
Xezerxeber.az-ın xəbərinə görə, həkimlər deyirlər ki, xüsusilə payız aylarında ortaya çıxan bu virus qızılca, məxmərək, su çiçəyi və ya skarlatina deyil. "Ağız-əl-ayaq" xəstəliyi adlandırılan bu virusu Koksaki törədir.
Həkimlərin sözlərinə görə, bu xəstəlik bəzi hallarda ağırlaşa da bilər.
Mütəxəssisin sözlərinə görə, bu xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.