"Bu geyimdə dərsə gələn tələbələr dərsə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarında geyinin.. Həkimlik öncə dientalogiyadan başlayır...
Xezerxeber.az xəbər veri ki, bu sözlərin Tibb Universitetinin müəlliminə aid olduğu iddia edilir. Bildirilir ki, o, bunu sosial şəbəkədə yazaraq edərək tələbələrin şəklini də paylaşıb.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsdovun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrdən başqa heç bir universitetin vahid geyim forması yoxdur. Belə olan halda müəllimlərin tələbəyə bununla bağlı hər hansı bir qadağa qoymaqları düzgün deyil.
Ekspert hesab edir ki, əgər universitet rəhbərliyinin bununla bağlı konkret təklifi varsa o zaman rəhbərlik səviyyəsində tələbələrin iştirakı ilə əsaslandırma qaydası ilə qərar qəbul edilməlidir. Hər bir qərar hüquq normaları əsasında tənzimlənməldir.
Azərbaycan Tibb Universiteti ilə də əlaqə saxladıq. Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, məsələ ilə əlaqədar Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova müvafiq şöbəyə dəvət olunub və onunla söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu nəzərinə çatdırılıb.
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu məslənin onlara heç bir aidyyatı yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.