Xəbər verdiyimiz kimi, toy karvanında gedan minik avtomobilinin yük maşını ilə toqquşması 5 nəfərin ölümü ilə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, ağır qəza Bəhramtəpə-Biləsuvar yolunun Biləsuvardan keçən hissəsində baş verib. Yük maşınına çırpılan avtomobilin sürücüsü 30 yaşlı Pərviz Hüseynov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 33 yaşlı Xoşbəxt Hüseynova, 69 yaşlı Mehriban İsmayılova, 34 yaşlı Aidə Hüseynova və 29 yaşlı Vasif İsayev dünyasını dəyişib.
Onlardan 4-ü hadisə yərində, bir nəfər sərnişin isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Məlumata görə, ölənlər Cəlilabad sakinləridir. Hadisə Ağcabədidən gəlin gətirərkən baş verib.
Qubada isə gecə saatlarında iki avtomobilin toqquşması ölümlə nəticələnib. Hadisəyə əks istiqamətdə hərəkət edən minik avtomobilin öz yolu ilə gedən nəqliyyat vasitəsi ilə toqquşması səbəb olub.
Qəza zamanı dünyasını dəyişən şəxs Qubanın 2-ci Nügədi kənd sakini 42 yaşlı Elşad Qayıbov, xəsarət alan isə Bakı şəhər sakini 28 yaşlı Kənan Cabbarovdur.
Hər iki faktla bağla bağlı cinayət işi başlnaıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.