Ermənistan Azərbaycana təzminat ödəməlidir.
Xezerxebr.az-ın xəbərinə görə, Beynəlxalq məsələlər üzrə ekspert Soltan Zahidov bildirib ki, Ermənistanın təzminat məsuliyyəti məsələsi beynəlxalq hüququn əsas prinsipləri və qanunları çərçivəsində müzakirə edilməlidir. Ekspert bildirib ki, təzminat Beynəlxalq Hüququn vacib prinsiplərindən biridir və hər bir ölkə təzminat öhdəliyini yerinə yetirməlidir. Müharibədən zərər çəkmiş dövlətlərin işğalçı dövlətdən təzminat tələb etmək hüququ beynəlxalq hüquq tərəfindən tanınır. Ermənistanın təzminat ödəməsi isə iki dövlət arasında sülh və barışıq prosesinin bir hissəsi olmalıdır.
Ekspert bildirib ki, təzminatın formasına gəldikdə, beynəlxalq təcrübədə bunun müxtəlif üsulları mövcuddur. Ermənistanın maliyyə durumu zəif olduğuna görə, təzminat ödənişlərinin beynəlxalq təzminat fondu vasitəsilə həyata keçirilməsi müzakirə edilə bilər. Bu fonda Ermənistanın müttəfiqləri də töhfə verə bilər.
Nəticə etibarilə, Ermənistanın törətdiyi təcavüz və işğal siyasətinin nəticələri yalnız bu ölkənin beynəlxalq hüquqi məsuliyyət daşıması ilə aradan qaldırıla bilər. Ermənistanın təzminat ödəməsi, beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycanın suverenliyinə hörmətlə yanaşaraq törədilmiş dağıntıları bərpa etmək öhdəliyindən ibarətdir.
Bu, həm də gələcəkdə iki dövlət arasında davamlı sülh və barışıq üçün vacib şərtdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.