Xəzər Xəbər

Bakıda ağaclarda "amerika kəpənəkləri"nin sayı ÇOXALDI VİDEO

Veb TV | 21:40 • 23 Sentyabr 2024
Bakıda ağaclarda "amerika kəpənəkləri"nin sayı ÇOXALDI

Son günlər paytaxtda ağaclarda olan amerika kəpənəyinin tırtılı adlandırılan həşəratların artması müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, söhbət Binəqədi rayonu, 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən beşmərtəbəli binanın həyətindən gedir. Həyətə düşən sakinlər oturacaqda bu həşəratlara birlikdə əyləşməyə məcburdular.

Sakinlər bildirirlər ki, qurdların sayı iki ay ərzində xüsusilə artıb.

Məsələ ilə bağlı ekspertlər bildirilər ki, bu qurdlar Amerika kəpənəyinin tırtılıdır, əsasən tut ağaclarında olur. Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ərazi nəzarətə götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti