Xəzər Xəbər

Paytaxtın bu küçəsində çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT VİDEO

Veb TV | 20:50 • 23 Sentyabr 2024
Paytaxtın bu küçəsində çirkli sular 10 gündən çoxdur ki avtomobil yoluna axır – ŞİKAYƏT

Kanalizasiya suları 10 gündən çoxdur küçəyə axır...

Xezerxeber.az xəbər verir ki, görüntülər Nizami rayonundan, Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsindəndir.

Sakinlərin sözlərinə görə, kanalizasiya borusunda yaranan problem səbəbilə çirkli su daşaraq avtomobil oluna tökülür. Ətrtafı isə üfunət bürüyüb.

Onlar deyirlər ki, ərazidə 10 gündür iş görülməsinə baxmayaraq, proses ləng gedir. Aidiyyəti qurumun əməkdaşları günlərdir işləyir, lakin hələ nəticə yoxdur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Nizami rayonundakı həmin qəza yerində hazırda təmir və bərpa işləri həyata keçirilir. Kanalizasiya borusu binaya olduqca yaxın məsafədən keçdiyinə görə təmir işlərini mürəkkəbləşdirib. Hazırda xətt binadan kənar məsafədə çəkilir. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar