Bakıda 5 yaşlı uşaq binadan yıxılıb.
Xezerxeber.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Azyaşlı Səməd bəy Mehmandarov küçəsində yerləşən binanın 2-ci mərtəbəsindən, yaşadıqları evin eyvanından yıxılıb.
Hadisə zamanı ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı əvvəlcə Sabunçu Tibbi Mərkəzinə aparılıb. Onun vəziyyəti ağır olduğundan, daha sonra əməliyyat üçün Yeni Klinikaya aparılıb.
Məlumata görə, azyaşlının ailəsi əslən Masallı rayonundandır. Onlar həmin ünvanda kirayədə qalırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.