Xəzər Xəbər

ABŞ və Fransa sakitləşmir, Ermənistan isə “qızışır”... VİDEO

Veb TV | 21:00 • 22 Sentyabr 2024
ABŞ və Fransa sakitləşmir, Ermənistan isə “qızışır”...

ABŞ və Fransa sakitləşmir. Hər gün yeni bir qərar, əməl, yardım  və ya müxtəlif fikirlərlə Qarabağ məsələsini gündəmdə saxlayır, canlandırır, bir növ Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlayırlar. Tərəflər sistemli , məqsədyönlü və  zəncirvari addımlar atırlar.

Prezident İlham Əliyev də dəfələrlə bu məsələlərə toxunub. 2 gün əvvəl Xankəndidə Qrabağ Universitetinin açılışında müəllim və tələbə heyəti ilə görüşən dövlət başçısı vurğulayıb ki, xarici mediada Azərbaycana qarşı əsassız ittihamlar işlədilir. "Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir" - deyə prezident əlavə edib.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Elçin Mirzəbəyli deyir ki, Ermənistan ABŞ və Fransa tərəfindən silahlandırılır , bu dövlətə  böyük gəlirlər əldə etmək üçün imkan yaradılır, irimiqyaslı iqtisadi yardımlar edilir. Bir sözlə, həm Fransa, həm də ABŞ  hazırda anti-Azərbaycan fəaliyyəti nümayiş etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar