Artıq bir müddətdir ki, "BakıKart" tətbiqi işləmir.
Bəs maraqlıdır sözügedən tətbiqdə yaranan texniki nasazlığı aradan qaldırmaq nə qədər vaxt tələb edir?
Xezerxeber.az-ın xəbərinə görə, informasiya texnologiyaları üzrə mütəxəsis Elvin Abbasov deyir ki, bu kimi nasazlıqların aradan qaldırılması üçün maksimum 2 gün kifayətdir.
Elvin Abbasov deyir ki, əhalinin balansında olan pul elə hesablarında da qalır.
Xatırladaq ki, bir müddət öncə Yerüstü Nəqliyyat Agentliyi əhaliyə "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirildiyini, bank kartları vasitəsilə də gediş haqqının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparıldığını bildirib.
Bu gün isə qurumla əlaqə saxlamağa çalışsaq da, səylərimiz baş tutmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.