Xəzər Xəbər

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqlədi VİDEO

Veb TV | 22:00 • 21 Sentyabr 2024
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqlədi

Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclas 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin elan olunmasına həsr edilib. 

İclasda növbədənkənar parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan etdikdən sonra məhkəmə heyəti və katib təqdim edilib. 

İclasın yekununda Milli Məclisə seçkilərin nəticələri təsdiqlənib.

Xatırladaq ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiqlənməsi üçün əlavə edilmiş müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar