Xəzər Xəbər

Bu il qış sərt keçəcək? AÇIQLAMA/VİDEO

Veb TV | 20:15 • 21 Sentyabr 2024
Bu il qış sərt keçəcək?

Dünya Meteorologiya Təşkilatı bu ilin qış mövsümünün sərt keçəcəyi ilə bağlı  proqnoz verib. Təşkilatın ekspertləri atmosferdəki dəyişikliklər və iqlim şəraitinin təsirləri nəticəsində, bir çox bölgədə temperaturun əhəmiyyətli dərəcədə aşağı olacağını proqnozlaşdırır. Bu proqnoz qış aylarında sərt hava şəraitinin və güclü qar yağışlarının baş verə biləcəyini göstərir.

Xezerxeber.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Coğrafiya İnstitutunun şöbə müdiri Həsən Nəbiyev deyir ki, iqlim proqnozu hava proqnozu deyil.

Onun sözlərinə görə, ölkəyə cənub siklonlarının daxil olması nəticəsində qışda qarın, yazda isə yağıntıların çoxalması baş verir.

O qeyd edib ki, bu il Azərbaycanda qışın nisbətən soyuq olması ehtimalı azdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçəcəyi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən hazırlanır.

Onun sözlərinə görə, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir.

Nazim Mahmudov əlavə edib ki, payız fəslinin  sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024