Yoldan çıxan avtomobil Böyükşor gölünə aşıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, Böyükşor-Pirşağı yolunda idarəetmədən çıxan avtomobilin gölə yuvarlandığı bildirilir.
Hadisə zamanı sürücü xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli "Xəzər Xəbər"ə açıqlamasında hadisənin dünən saat 18 radələrində baş verdiyini bildirib.
Qeyd edək ki, Böyükşor-Pirşağı avtomobil yolunda maksimal sürət həddi saatda 60 kilometr müəyyən olunsa da, bəzi sürücülər buna əməl etmirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.