Son günlər Bakı bulvarında məşhur "Mirvari" gəmisi yenidən görünməyə başlayıb. Dənizdə gəzintinin bərpa olunduğu bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, bu il "Mirvari" gəmisinin təhlükəsiz və rahat hərəkəti ilə bağlı bütün işlər görülüb.
Gəmi ilə gəzintinin qiymətinin nə qədər olacağı hələ ki, müəyyənləşməyib.
Qeyd edək ki, bir neçə idir, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisi müvəqqəti dayandırılmışdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.