Xəzər Xəbər

Xaricdən göndərilən bağlamalar vasitəsilə virus yayıla bilər? VİDEO

Veb TV | 20:01
Xaricdən göndərilən bağlamalar vasitəsilə virus yayıla bilər?

Xaricdən bağlama sifarişi artıqca, karqo şirkətlərinin də sayı çoxalır. Sifarişlər isə dünyanın müxtəlif yerlərindən çatdırılır.

Bəs xarici ölkələrdə mütxəlif növ virusların yayıldığı dönəmdə bağlamalar dezinfeksiya edilirmi?

Xezerxeber.az-ın məlumatına görə, karqo şirkətləri deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının viruslarla bağlı xəbərdarlığından sonra məsələyə kifayət qədər həssas yanaşılır. Bu səbəbdən karqo şirkətləri müxtəlif önləyici tədbirlər görürlər.

İnfeksionist Aytən Ziyadova bildirir ki, virus səthlər üzərində uzun müddət qala bilmir. Səthin materialına görə müəyyən müddət sonra virus hissəcikləri ölür. Lakin bağlamanın çatdırılma vaxtına və əl dəyişdirməsinə görə sifarişçi steril qaydalara mütləq əməl etməlidir.

“Azərpoçt”dan isə bildirilib ki, ölkəyə gələn bağlamalar ilə bağlı hansısa bir virus təhlükəsi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar