Xəzər Xəbər

Avtomobillər qəfildən niyə yanır? VİDEO

Veb TV | 20:29
Avtomobillər qəfildən niyə yanır?

Hərəkətdə olan avtomobil anidən tüstüləyərək alışmağa başlayıb. Yanğının səbəbi isə son ana qədər məlum olmur.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi hallara son vaxtlar Bakıda tez-tez rast gəlinir.

Avtomobilin elektron sistemləri üzrə mütəxəssis Xaliq Əliməmmədov deyir ki, “avtomobil yandı” deyiləndə düşünülən ilk məsələ əlavə qurğulardır. Lakin bəzi avtomobillər ya ehtiyatsızlıqdan, ya zavod xətasından alışır.

Onun sözlərinə görə, son vaxtlar bazarda elektrik müəhərrikli avtomobillərin sayı artmaqdadır. Bəzi  hallarda bu maşınlar  ölkəyə gətirilərkən düzgün daşınmır. Bu da  sonradan ciddi problemlərin yaranmasına gətirib çıxarır.

Mütəxəssis əlavə edib ki, sürücülər  avtomobil almamışdan əvvəl həmin modelləri hərtərəfli araşdırmalı və sonra  qərar verməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar