Xəzər Xəbər

Şuşada Bayraq meydanının ətrafında Zəfər muzeyi yaradılacaq VİDEO

Veb TV | 21:00 • 21 Sentyabr 2024
Şuşada Bayraq meydanının ətrafında Zəfər muzeyi yaradılacaq

Bu gün Azərbaycanın dövlət bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Prezident İlham Əliyevin iştirakı ilə Qarabağın baş tacı Şuşa şəhərində Bayraq meydanının açılışının olması hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb.

Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov bildirib ki, Prezident İlham Əliyevin Qarabağa səfəri zamanı açılışı olan obyektlərdən biri Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasıdır. 

Anar Məcidov bildirib ki ,Xankəndi şəhər 4 saylı tam orta məktəb 624 şagird yerlikdir. Hazırda 296 şagird qeydiyyatdan keçib.

Qarabağ Universitetində isə yeni ixtisaslar və fakültələrin yaradılması nəzərdə tutulur. Növbəti tədris ilində universitetdə yeni məzmunda tibb fakültəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin hamısı yataqxana ilə təmin edilib.

Bu arada, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri davam edir. Yolun ümumi uzunluğu 33,6 kilometr təşkil edir.

Avtomobil yolu Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu dairəvi yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək. Yol bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar