Xəzər Xəbər

Neftçalada tarixi bina bərbad vəziyyətdədir VİDEO

Veb TV | 21:13 • 21 Sentyabr 2024
Neftçalada tarixi bina bərbad vəziyyətdədir

Neftçalada yerli əhəmiyyətli tarixi bina bərbad vəziyyətdədir. Bir vaxtlar həm görünüşü, həm də istehsal etdiyi məhsulların keyfiyyəti ilə keçmiş SSRİ-də məşhur olan balıq kombinatı indi, necə deyərlər, tarixə çevrilib. Fəaliyyət dövründə 1500-ə yaxın insana ümid yeri olan müəssisə indi özü insanların ümidinə qalıb. Onun üzərinədə bir əsrdən çox zamanın nişanəsinin olduğu ilk baxışdan nəzərə çarpır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Neftçalanın Bankə qəsəbəsində yerləşən balıq kombinatının binasından gedir. Bir vaxtlar bu kombinat istehsal etdiyi balıq və kürüsü ilə məşhur olub.

Sakinlər deyirlər ki, bu balıq kombinatı fəaliyyətə ilk olaraq 1840-ci ildə rayonun Tatarməhəllə adlanan kəndində başlayıb. Sonra yanğın baş verdiyinə görə Bankə qəsəbəsinə köçürülüb. 1898-ci ildə Hacı Zeynəlabididn Tağıyev kombinatı alaraq təmir etdirib.

Sakinlərin sözlərinə görə, kombinat 2002-ci ilə kimi çətinliklə də olsa fəaliyyətini davam etdirib. 2004-cü ildə isə işini tam dayandırıb. Kombinatın binası yerli əhmiyyətli tarixi abidə kimi Mədəniyyət Nazirliyinin balansına verilib.

Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması İnkişafı və Bərpası  üzrə Dövlət Xidmətinin Salyan Reional İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyndən "Xəzər Xəbər"ə bildirdilər ki, sözügedən bina yerli əhmiyyətli tarixi abidə kimi qorunur. Tikilinin təmir olunub-olunmayacağına gəlincə, nümayəndəlikdən bildirildi ki, bina özəlləşdirildiyi üçün mülkiyyətçi tərəfindən təmir olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar