Ötən il Azərbaycanda ölümlərin əsas səbəbi qan dövranı sistemi xəstəlikləri olub.
Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkə üzrə ölənlərin ümumi sayı 60 min 150 nəfər olub. Onların yarıdan çoxu, daha dəqiq desək, 33 min 183 nəfəri qan dövranı sistemi xəstəliklərindən vəfat edib.
Elmi-Tədqiqat Kordiologiya İnsitutunun böyük elmi işçisi Rasim Cəfərov deyir ki, son illər qan dövranı, sinir sistemi, ürək xəstəliklərinin yaş kateqoriyası xeyli cavanlaşıb.
Rasim Cəfərov qeyd edib ki, fiziki fəaliyyətin ürək-damar xəstəliklərinə faydası şübhəsizdir, lakin bu məsələdə bəzi məqamlara xüsusi diqqət etmək lazımdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.