Əsrin müqaviləsi ilə Azərbaycan özünü qlobal oyunçu kimi təsdiqlədi.
Xezerxeber.az xəbər verir ki, müqavilənin imzalanmasından ötən 30 il ərzində Azərbaycan hər bir sahədə ciddi nailiyyətlər qazandı. Avropanın bir çox dövlətlərinin enerji təhlükəsizliyində mühüm aktora çevrildi.
Təbii ki iqtisadi sahədə qazanılan uğurlar, neft-qaz gəlirlərinin artması Azərbaycana imkan verdi ki, ordu quruculuğunu sürətləndirsin. Müasir silah sursata, qabaqçıl hərbi texnikalara sahib oldu.
"Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, hərbi-siyasi əhəmiyyəti də çox böyükdür.
Əsrin müqaviləsi ilə ölkəyə yanaşma kökündən dəyişdi.
Bir tərəfdən ölkə iqtisadiyyatına 310 milyard dollar sərmayə yatırıldı, digər tərəfdən dövlət büdcəsinin xərcləri və gəlirləri 32 dəfədən çox artdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.