Xəzər Xəbər

Bölgələrdəki qızıl bazarlarında qiymətlər- ARAŞDIRMA VİDEO

Veb TV | 21:10 • 19 Sentyabr 2024
Bölgələrdəki qızıl bazarlarında qiymətlər- ARAŞDIRMA

Qızıl bahalaşıb, bölgələrdəki qızıl bazarında alıcı qıtlığı yaşanır...

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, Gəncədə qızıl bazarında qiymət artımı xüsusən son 1 ayda özünü daha çox göstərir.

Şəkidə də bənzər vəziyyətdir...

Satıcılar deyirlər ki, əvvəl ikinci əl qızılın alış qiyməti 55-60 manat idisə, son günlər 78 manata qalxıb. Hazırda 585 əyarlı qızılın 1 qramının topdansatış qiyməti 100-102 manat, pərakəndə qiyməti isə 110-120 manatdır.

Satıcılar toy mövsümünün başlanmasının da qiymət artımına təsir etdiyini bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti