Xəzər Xəbər

Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Daşınma ilə deyil, sürülərək gətirilir VİDEO

Veb TV | 20:45 • 19 Sentyabr 2024
Çindən avtomobil gətirənlərə XƏBƏRDARLIQ – Daşınma ilə deyil, sürülərək gətirilir

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub. 40-45 günə çatıdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdit ki, sərhəddə ləngiyir. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif edirlər.

Xezerxeber.az-ın xəbərinə görə, Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov deyir ki, problemin səbəbini öyrənmək üçün, nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

Kənan Heydərov bildirib ki, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçirirlər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmur.

O, bildirib ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar