Nicatın 30 yaşı var. Özünün təbirincə desək ömrünün ən gözəl illlərini öz əlləri ilə kabusa çevirib. Futbolçu olmaq istəyib, amma asan pul qazanmaq həvəsi buna imkan verməyib. Qumar asılılığı onun arzularını yarıda qoyub. 16 yaşında mərc oyunlarının qurbanına çevrilən Nicat indi zülməti qurtuluşa çevirə bilib. Ömrünün 14 ilini zülmətə çevirən Nicat qurtuluşa gedən yolu da böyük əziyyətlə dəf edib:
Ailə üzvlərinin sevgisi və dəstəyi ilə reablitasiya mərkəzinə gətirilən Nicat indi özü kimi gənclərin bu yoldan çəkinməsi üçün elə orada çalışır.
Digər bir həmsöhbətimiz isə ailəlilir, 3 övladı var, qumar asılılığından əziyyət çəkdiyi üçün hazırda reabilitasiya mərkəzində müalicə alır. Deyir ki, bu asılılıq onu intihar həddinə gətirib.
Qumarın qurbanınına çevrilmiş insanların sayı bu reabilitasiya mərkəzində nə birdir, nə beş...
Mərkəzdə həmin şəxslərin hər birinə fərdi yanaşılır, mütəxəssislər asıllılıq bəlasından müxtəlif yaş kateqoriyasına daxil olan bu insanları qurtarmaq üçün əllərindən gələni edirlər. Mərkəzin təsisçisi və rəhbəri Ceyhun Salmanov qeyd edib ki, bu gün iqromaniya narkomaniyadan daha ciddi bəlaya çevrilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.