Xəzər Xəbər

Böyükşor - Pirşağı avtomobil yolunda işlər nə yerdədir? VİDEO

Veb TV | 21:35 • 18 Sentyabr 2024
Böyükşor - Pirşağı avtomobil yolunda işlər nə yerdədir?

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bu yol əsasən hava limanı yolu, zabrat şossesi və digər bir sıra ətraf yolların nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Yolda hər bir hərəkət zolağının eni 3.5 metr olacaq.

Layihədə həmçinin piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması, zəruri yerlərdə U dönüşlərinin tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən, Böyükşor gölündən götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

Burada işlərin yaxın aylarda yekunlaşdırılması hədəflənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar