Xəzər Xəbər

Bakıxanov qəsəbəsində ağac qurdları sakinlərə təhlükə yaradır VİDEO

Veb TV | 21:30 • 18 Sentyabr 2024
Bakıxanov qəsəbəsində ağac qurdları sakinlərə təhlükə yaradır

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbli küçəsi 7 ünvanının sakinləri evlərində yaşamağa çətinlik çəkirlər.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, ağaclardakı qurdlar artıq hasarlarına, evlərinə daraşıb.

Bildirildi ki, qurdlar son bir ay ərzində daha da artıb.

Sakinlər problemlə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq bir faydasının olmadığını bildirdilər.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Sabunçu rayon üzrə 9 saylı sahəsindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar tərəfindən sözügedən problemlə bağlı indiyədək quruma heç bir müraciət daxil olmayıb.

Məsələ ilə əlaqədar araşdırma aparılacaq və problem həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar