Səbayıl rayonu Badamdar qəsəbəsinin sakinləri qaz xətti yerinin dəyişdirilməsini istəyirlər.
Xezerxebr.az-ın xəbərinə görə, sakinlər bildirir ki, vəziyyətin belə olmasına görə dəfələrlə aidiyyatı üzrə müraciət ediblər. Lakin nəticə dəyişməyib..
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən “Xəzər Xəbər”ə bildirilib ki, məsələ yerində araşdırılıb.
“Həmin bina Sovet dönəmində qazlaşmış binadır və layihəyə uyğun keçid məbəğlərdən verilib. Sakinlər istəyirki boru pilləkən qəfəsinə çıxarılsın. Buna isə FHN və digər dövlət qurumlarının razılığı lazımdır ki, biz bu işi icra edək”
Görünən odur ki, sakinlər poblemin həll olunması üçün digər qurumlara da müraciət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.