Xəzər Xəbər

Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətdədir video

Veb TV | 20:54 • 17 Sentyabr 2024
Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpü qəzalı vəziyyətdədir

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, körpüdən istifadə edən sürücülər təhlükəli vəziyyətin yarandığını bildirirlər.

Bu yoldan müntəzəm istifadə edən bəzi sürücülər ağır tıxaclar və təhlükə səbəbindən alternativ yol axtarmaq məcburiyyətində qalırlar. Ən ciddi məsələ isə sözügedən körpünün aylardır ki, qəzalı vəziyyətdə olması və burada böyük dəlik, ətrafında isə çatların əmələ gəlməsidir.

Sürücülər mövcud məsələdən olduqca narahatdırlar.

İddialara görə, körpü təmirə bağlanacaq. Hətta bəzi sürücülər körpünün təmirə bağlanacağı təqdirdə alternativ Saray-Yaşıldərə avtomobil yolunda böyük tıxacların yaranacağından ehtiyat edirlər. Sumqayıt Şəhər İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, Saray körpüsündə hər hansı təmir - bərpa işlərinin görülməsi nəzərdə tutulmayıb. Mövcud məsələ ilə bağlı aidiyyəti üzrə rəsmi müraciət olunub. Verilən qərardan sonra təmir - bərpa işlərinə başlanıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti