Mərkəzi Seçki Komissiyasında növbədənkənar parlament seçkilərinə yekun vurulub.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı MSK iclasında Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması məsələsi müzakirəyə çıxarılıb.
Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
Ötən müddət ərzində MSK daxil olan şikayətləri araşdırıb və qərarlar qəbul edib. Bu seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.
İclasda Milli Məclisə seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.