Paytaxt ərazisində bir sıra yollarda təmir işləri aparılır.
Xezerxeber.az xəbər verir ki, Nəsimi rayonunda istifadəyə verilən yeni yol, sakinlərin narazılığına səbəb olub.
Yeni çəkilən yol sakinlərə isə çətinlik yaradır. Söhbət paytaxtın Nəsimi rayonu Mirzə Əliyev küçəsinin sakinlərindən gedir
Sakinlər deyir ki, layihə zamanı evlərə giriş nəzərə alınmayıb. Qapıları artıq birbaşa yola açılır.
Ərazidə yaşayanların sözlərinə görə, yolun hərəkət hissəsi ilə getməyə məcburdular. Səki isə ümumiyyətlə yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildir ki, bu, təmsil etdiyi qurumun işi deyil.
Sözügedən ərazidə təmirdən öncə də səki olmayıb. Agentlik yalnız mövcud keçənin asflatlanmasını həyata keçirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.