Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işləri yekunlaşıb.
Xezerxeber.az xəbər verir ki, yeni oturacaqlar qoyulub, ərazidəki yaşıllıq artırılıb. İndi mənzərə əvvvəlkindən daha gözəldir.
Bura şəhərin mərkəzi hissəsi olduğu üçün həm turistlərin, həm də yerli sakinlərin daha çox axın etdiyi parklardan biridir. Bağdakı fontan, yaşıllıq istirahət edənlər üçün xoş təsir bağışlayır.
Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, uşaq əyləncə zonası yaradılıb.
Onu da qeyd edək ki, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Eyni zamanda parkın ətrafındakı binalarda da abadlıq işləri aparılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.