Xəzər Xəbər

Tariflər dəyişkdikdən sonra internetdən imtina edənlər cərimələnib? – Rəsmi CAVAB VİDEO

Veb TV | 21:10 • 14 Sentyabr 2024
Tariflər dəyişkdikdən sonra internetdən imtina edənlər cərimələnib? – Rəsmi CAVAB

Sosial şəbəkələrdə sabahdan etibarən internet xidmətindən imtina edənlərin cərimələnəcəyi ilə bağlı məlumatlar yayılıb.

Məsələnin doğru olub-olmadığını öyrənmək üçün "Aztelekom" MMC-yə müraciət etdik.

Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, abonent interneti bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Müqavilə ləğv olunduqda isə abonent xidmətdən imtinaya dair cərimə və ya əlavə ödəniş ödəmir. Amma 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyərini ödəməli olur.

"Aztelekom" MMC-dən o da bildirildi ki, yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilər müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər.

Qeyd edək ki, sözügedən avadanlıqların qiymətləri modelindən asılı olaraq 30 manatdan 130 manata qədər dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti