Xankəndi və Xocalıya müntəzəm avtobus reysi açılır.
Xezerxeber.az-ın məlumatına görə, Yerüstü Nəqliyyat Agentliyi sabahdan "Böyük Qayıdış" proqramı çərçivəsində Bərdə-Xankəndi müntəzəm avtobus reysini istifadəyə verəcək. Məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Avtobuslarla hər 2 istiqamətdə gün ərzində 3 reys həyata keçiriləcək. İşğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazələrin alınması isə vacibdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.