Xəzər Xəbər

Sumqayıtda məhəllə sakinləri evlərindən NİYƏ ÇIXARILIR? VİDEO

Veb TV | 21:45 • 10 Sentyabr 2024
Sumqayıtda məhəllə sakinləri evlərindən NİYƏ ÇIXARILIR?

Sakinlərdən uzun illərdir yaşadıqları evlərindən çıxmaları tələb olunur.

Xezerxeber.az xəbər verir ki, söhbət Sumqayıtdakı "Betonzavod" kimi tanınan ərazidə yerləşən gecəqondu məhəlləsindən gedir.

Burada sakinlər iddia edirlər ki, onlara ərazini alan sahibkarın müraciəti əsasında bir günün içərisində məhkəmə bildirişi gəlib və evlərini tərk etmələri tələb olunub. Gözlənilməz halla rastlaşan sakinlər indiyədək heç kəsin onlara bununla bağlı xəbərdarlıq etmədiyini deyirlər.

Sakinlərin sözlərinə görə, ərazini alan sahibkarı tanımırlar və heç vaxt onun üzünü görməyiblər.

Sumqayıt şəhər Bələdiyyəsinin ərazi üzrə 1 saylı inşaatçı məhəllə komitəsinin sədri Gülnarə Ağayeva da sahibkarı tanımadığını və hər şeyin gözlənilmədən baş verdiyini bildirib.

Məsələ ilə bağlı ərazini aldığı deyilən sahibkarın vəkili Nizami İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, oradakilar gecəqondudur, yəni qanunsuz tikililərdir. Ona görə də məhkəməyə müraciət olunub və sakinlərin şəxsi ərazidən çıxarılması tələbi qoyulub.

Vəkilin sözlərinə görə, sakinlərə heç bir kompensasiya ödənişi nəzərdə tutulmayıb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar