Xəzər Xəbər

COP29 tədbirində təhsil ocaqlarının işi necə təşkil olunacaq? – Nazir AÇIQLADI VİDEO

Veb TV | 21:35 • 10 Sentyabr 2024
COP29 tədbirində təhsil ocaqlarının işi necə təşkil olunacaq? – Nazir AÇIQLADI

Noyabrda COP29 tədbiri günlərində uşaq bağçalarının fəaliyyəti davam edəcək.

Bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, işləyən valideynlər nəzərə alınaraq bağçalar fəaliyyətini davam etdirəcək. Həmçinin məzumiyyətə çıxan valideynlər övladlarını bağçaya göndərməyə də bilərlər. Çünki bağçalarda məcburi davamiyyət yoxdur.

Nazir bəzi universitetlərin qeydiyyat zamanı tələbələrdən kağız formada sənəd tələb etməsinə də toxunaraq bunun doğru olmadığını deyərək qeyd edib ki, nazirlik tam rəqəmsal sistemə keçib.

Emin Əmrullayev həmçinin 400-dən artıq məktəbin qəzalı vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, 4 il öncə 900-dən artıq qəzalı məktəb var idisə, həmin məktəblərin çoxu təmir edilib və sözügedən rəqəm yarıya enib.

Nazir həmçinin Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədrisin köç prosesinin vaxtına uyğun başlayacağını deyib. Bu il Şuşada 1 nömrəli məktəbin açılması ilə yanaşı, Xocalı, Xankəndi və Cəbrayıl şəhərlərində, eləcə də Sus kəndində məktəblərin fəaliyyətə başlayacağını bildirib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024