Xəzər Xəbər

Xaçmazda anası tərəfindən döyülən 7 yaşlı qız uşağının vəziyyəti NECƏDİR? VİDEO

Veb TV | 21:25 • 10 Sentyabr 2024
Xaçmazda anası tərəfindən döyülən 7 yaşlı qız uşağının vəziyyəti NECƏDİR?

Ana öz övladına xəsarətlər yetirib.

Xezerxeber.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı qızına ağır xəsarətlər yetirib. Hadisə baş verən zaman ata evdə olmayıb. Xəsarət alan azyaşlı ailənin ən böyük övladıdır. Onlar ailədə iki bacı bir qardaş olublar. Övladlarının oynamasından əsəbləşən ana hirsini 7 yaşlı qız övladından çıxıb. Onu dəmir parçası ilə döyüb.

Hazırda xəsarət alan azyaşlının müalicəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasında davam edir.

Azyaşlının  nənə və babası isə bu barədə danışmaq istəməyiblər. Tibbi ekspertiza təyin edilib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu isə bildirib ki, ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024