Xəzər Xəbər

Fransanın Azərbaycana səyahətlə bağlı xəbərdarlığına Bakıdan CAVAB VİDEO

Veb TV | 20:20 • 10 Sentyabr 2024
Fransanın Azərbaycana səyahətlə bağlı xəbərdarlığına Bakıdan CAVAB

Ötən gün Fransa vətəndaşlarına Azərbaycana səyahət ilə bağlı xəbərdarlıq edib. Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib.

Bəyanatda bildirilib ki, Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır. Hökumətin növbəti addımı şübhəsiz ki, "Fransa vətəndaşları"na sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar insan hüquqları və insan və malların sərbəst hərəkəti ilə ziddiyyət təşkil edir, tamamilə qeyri-qanunidir. Bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Bakı təşəbbüs qrupunun icraçı direktoru Abbas Abbasov isə bildirib ki, bu bəyanatda qrupun fəaliyyətinə dəstək ifadə olunur. Fransanın qeyri-qanuni qərarına gəldikdə isə bu cür addımlar ilk deyil.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru bildirib ki, Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq hüquq və prinsiplərə əsaslanır. Qrupun neokolonizimdən əziyyət çəkən ölkələrə dəstəyi isə Fransa hökümətində artıq narahatlıq yaradır.

Kolonializm siyasətindən əziyyət çəkən insanların dünya ictimaiyyətinə reallıqları çatdırmaları üçün Azərbaycan hər zaman öz dəstəyini əsirgəmir. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün 16 beynəlxalq konfrans keçirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar