Samuxda baş verən ağır yol-nəqliyyat hadisəsi 2 nəfərin həyatını itirməsinə səbəb olub.
Xezerxeber.az xəbər verir ki, qəza nəticəsində sürücü, 76 yaşlı Elxan Əhmədov və onun sərnişini 79 yaşlı Gilə Məmmədova ağır xəsarərlərlə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan Gilə Məmmədovanın yolda keçindiyi məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən sürücü Elxan Məmmədov isə bir müddət sonra həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Yevlaxdan Gəncədə yerləşən bazara mal-qara daşıyan yük maşını isə Goranboyda qəzaya düşüb. Borsunlu kəndinin ərazisində minik maşının mal-qara ilə yüklü olan avtomobillə toqquşması nəticəsində, yük maşını yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsrətləri alıb. Yaralılara tibbi yardım göstərilib. Yük yerində olan iribuynuzlu heyvanlar da ətrafa dağılıb.
Onlardan bir neçəsi hürkərək qəza baş verən ərazidən kənarlaşıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.