SİMA - yeni nəsil rəqəmsal imza tətbiqində üztanıma əməliyyatları zamanı bəzi problemlər yaşanır.
Xezerxeber.az-ın xəbərinə görə, insan resursları üzrə mütəxəssislər deyirlər ki, hazırda bu tətbiq həm işəgötürənlər, həm də işçilər tərəfindən aktiv istifadə olunur. Bu zaman problemin çıxması həmin şəxslərin işini çətinləşdirir.
İnsan resursları üzrə mütəxəssis Sevinc Nəcəfova bildirir ki, tətbiqə qeydiyyatın asanlaşdırılması daha yaxşı nəticələr verə bilər.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, SİMA İmza tətbiqində qeydiyyat vətəndaşın şəxsiyyət vəsiqəsindəki şəklinin biometrik üz cizgiləri ilə eyniləşdirilməsi nəticəsində aparılır. Bu zaman vətəndaşlar bəzi nüanslara diqqət etməmələri bəzi çətinliklərə səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.