Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycanın resursaları mövcud vəziyyətdə ən ideal seçimdir. Bu gün sona çatan beynəlxalq Çernobio forumunda bu amil xüsusilə qeyd edildi.
İtaliyanın xam neftə olan tələbatını Azərbaycanın tam ödəməsi, illik 10 milyard kubmetrdən çox qaz nəqlinin həyata keçirilməsi iki ölkə arasında olan iqtisadi münasibətlərin yüksək səviyyədə olmasını bir daha göstərir. Beynəlxaql Çernobio forumunda prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyi ilə bağlı çıxışı bu sahədə əməkdaşlığın daha da artırlacağından xəbər verir. Qlobal problemlərə diqqət çəkən dövlət başçısı siyasi sabitlik üçün Azərbaycanın əlaqələrinin geniş olduğunu bir daha diqqətə çatdırdı.
Təcrübə göstərir ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərin, qarşısına qoyduğu bütün vəzifələrin yerinə yetirilməsinə nail olur. Elə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün Azərbaycan zəruri addımlar ata bilər. Əks halda isə gələn il Ukrayna Rusiya qazının nəqlini dayandıracağı təqdirdə avropa Qazsız qala bilər.
Eyni zamanda Azərbaycanın Avropada İtaliya kimi etibarlı tərəfdaşının olması siyasi arenalarda da əlavə dividentlər qazandırır. Ölkəmizin müxtəlif qütblərlə bərabərhüququlu əməkadşlıq əlaqələrini inkişaf etdirməsi gələcək perspektivdə uğurlu diplomatiyanın növbəti mərhələsədir.
Qeyd edək ki, prezident İlham Əliyevin fəxri qonaq kimi dəvət edildiyi beynəlxalq Çernobio forumu qlobal iqtisadi problemlərin və cəmiyyətlər arası münaisbətlərin həll edilməsində önəmli tribuna sayılır. Prezidnet İlham Əliyevin çıxışı isə konkret problemlərin həllinə diqqət çəkir. Sözssüz ki, bu məsələlər həll edilməsə Bu gün Avropanın 4 ölkəsi - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.