Kirayə mənzil bazarında ciddi qiymət artımı və mənzil çatışmazlığı müşahidə olunur.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, 4-5 il əvvəl Bakıda birotaqlı köhnə tikili binalardakı mənzillərin kirayə qiymətləri təxminən 250-300, 2 otaqlı 350-450, 3 otaqlı mənzillər isə 400-600 manat arası idisə, indi daha baha qiymətə təklif olunur. Ekspert bildirib ki, sentyabr ayı tələbələrin bölgələrdən Bakıya axını başlayır. Ona görə də paytaxtda kirayə evlərə tələbat artır.
Bundan başqa, mənzil çatışmazlığı da müşahidə olunur. Ekspert tələbə yataqxanalarının az olmasının da kirayə qiymətlərinə təsir göstərdiyinə diqqət çəkib.
Qeyd edək ki, yaxın günlərdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.