Xəzər Xəbər

Meymunçiçəyi virusu nədir və ondan necə qorunmaq olar? VİDEO

Veb TV | 21:15 • 7 Sentyabr 2024
Meymunçiçəyi virusu nədir və ondan necə qorunmaq olar?

Son zamanlar əksər ölkələrdə meymunçiçəyi virusu yayılmağa başlayıb.

Artıq  Ümumdünya Səhiyyə Təşkilatı bu virusun təhlükəli vəziyyət alması ilə bağlı xəbərdarlıq edib.

Xəstəliyə tutulan şəxsdə qızdırma, baş, əzələ ağrısı, şişkinlik və ümumi halsızlıq olur, sonra isə bədəndə səpkilər yaranır. Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan həkim- infeksionist Aytən Ziyadova əlamətləri bəlli olan bu infeksion xəstəlikdən necə qorunmağın yollarını açıqlayıb.

Həkim deyib ki, bu virus suçiçəyi adlı xəstəliklə eyniləşdirlməməlidir.

Meymunçiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür.

Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsad riski daha yüksəkdir.

İnfeksiya adətən öz-özünə yox olur və təxminən 14-21 gün çəkir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar