Xəzər Xəbər

Xətai rayonunda su borusunun partlaması yaşayış evlərini uçma təhlükəsi ilə üz-üzə qoyub VİDEO

Veb TV | 21:40 • 4 Sentyabr 2024
Xətai rayonunda su borusunun partlaması yaşayış evlərini uçma təhlükəsi ilə üz-üzə qoyub

Böyük su borusunun partlaması, ətrafda olan evlərə uçma təhlükəsi yaradıb.  

Xezerxeber.az xəbər verir ki, söhbət  paytaxtın Xətai rayonu Nazim Şükürov küçəsindən gedir.

Sakinlər iddia edirlər ki, iyun ayının 11-də evlərin altı ilə edən diametri 400 mm-lik boruda yaranmış nasazlıqdan su Sahib Quliyevin mənzilində bir otağın döşəməsini dağıdaraq ətrafa yayılıb. Zərərçəkmiş ev sahibi dərhal bununla bağlı rayon sukanal idarəsinə məlumat verib.

Suyun ətrafa yayılması, Sahib Quliyevin evi ilə yanaşı digər evlər üçün də təhlükəli vəziyyət yaradıb. Hər an uçma təhlükəsi olan evlərdə sakinlər əlacsızlıqdan yaşadıqlarını deyirlər. Ayaz Mahmudov da bildirdi ki, onun evi 30 il əvvəl tikilib. Amma həmin ərazidən su borusunun keçməsi ilə bağlı heç bir məlumatı olmayıb. 

Sakinlər deyirlər ki, Xətai rayon Sukanal idarəsinin əməkdaşları suyun çıxdığı ərazini qazsalar da düzəldə bilməyiblər. Səbəb göstərilib ki, həmin boru 6-7 metr dərinlikdən keçir və bunun üçün ev sökülməlidir.

Həmin sakinlərin aqibəti necə olacaq, su borusu təmir ediləcəkmi?. Bu barədə  İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirdilər ki, diametri 400 millimetr olan su xəttinin mühafizə zonası illər əvvəl kobudcasına pozularaq üzərində müxtəlif sayda fərdi yaşayış evləri inşa olunub. Qəzanın aradan qaldırılması üçün dəfələrlə evin içindən əl avadanlıqları vasitəsilə  aparılan  qazıntı işlərinə baxmayaraq, su borusunun dərində olması səbəbindən qəzanın qarşısını almaq mümkün olmayıb. Qəzanın aradan qaldırılması məqsədilə fərdi yaşayış evinin yan hissəsindən xüsusi texnika vasitəsilə qazıntı işlərinin aparılması zərurəti yaranıb.

Lakin evlər bir-birinə yaxın məsafədə inşa olunduğundan həmin əraziyə xüsusi texnikanın yaxınlaşması və baş verən su axıntısının qarşısının alınması çətinliklər törədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar