Xəzər Xəbər

Parisdə keçirilən paralimpiya oyunlarının qalibi Lamiyə Vəliyevanın ailəsi DANIŞDI VİDEO

Veb TV | 21:20 • 4 Sentyabr 2024
Parisdə keçirilən paralimpiya oyunlarının qalibi Lamiyə Vəliyevanın ailəsi DANIŞDI

Parisdə keçirilən paralimpiya oyunlarında ölkəmiz daha bir qızıl medal qazanıb. Bu dəfəki medalın sahibi paratlet Lamiyə Vəliyeva olub.

“Xəzər Xəbər”in əməkdaşları çempionun ailəsində olublar.

Lamiyəni idmana babası həvəsləndirib. Nənəsi Lətifə xanım deyir ki, çox heyif, babası bu günləri görmədi...

"Mən həmişə onun birinci olmasını istəmişəm" - anası Validə xanımın narahatlığı gözlərindən oxunur. Hamı Lamiyənin qələbəsinə sevinir, o isə qızının çəkdiyi əziyyətin hədər getmədiyinə görə...

Lamiyə Vəliyeva paralimpiya və 4 qat dünya çempionu təsnifat mərhələsində T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.76 saniyəlik nəticə göstərib. O, finiş xəttini birinci keçib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə Vəliyeva həm də 11.81 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan ukraynalı Leilia Adjametovanı qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar