Xəzər Xəbər

Kəlbəcərdə yeni istifadəyə verilən digər obyektlər hansılardır? VİDEO

Veb TV | 21:15 • 4 Sentyabr 2024
Kəlbəcərdə yeni istifadəyə verilən digər obyektlər hansılardır?

Kəlbəcərdə yeni istifadyə verilən "İstisu" yarımstansiyası sanatoriya və mineral su zavodunu elektrik enerjisi ilə təmin edəcək.

Bu yarımstansiyanın "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kv-luq dairəvi elektrik təchizatı sxemi yaradılacaq.

Xezerxeber.az xəbər verir ki, "Azərişıq" ASC-nin  "İstisu" yarımstansiyasında 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb.

Bu yarımstansiya 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir.

Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib. Gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və digər yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq.

Yarımstansiyadan qidalanan "İstisu" mineral su zavodu isə bölgənin iqtisadi dirçəlişinə mühüm töhfə verməklə yanaşı, bu məşhur Azərbaycan brendi olan suyun da şöhrətini geri qaytaracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti