Xəzər Xəbər

Bakıdan Ağsuya niyə avtobus reysi yoxdur? VİDEO

Veb TV | 20:30 • 4 Sentyabr 2024
Bakıdan Ağsuya niyə avtobus reysi yoxdur?

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Ağsuya birbaşa müntəzəm avtobus reysi yoxdur.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, Bakıdan Ağsu rayonuna, həmçinin əks istiqamətə gedən zaman avtobus olmadığından çətinliklə üzləşirlər.

Sakinlər bildirirlər ki, avtobus olmadığından daha çox taksi xidmətindən istifadə edirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Ağsuya birbaşa müntəzəm avtobus reysi mövcud olmasa da, hazırda bu istiqamətdə təhlillər aparılır. Təhlillərin nəticəsindən asılı olaraq, Bakı-Ağsu müntəzəm marşrut xəttinin müsabiqəyə təqdim edilməsi və daşıyıcının cəlb olunması məsələsinə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar