Xəzər Xəbər

Kəlbəcərdə genişmiqyaslı bərpa-yenidənqurma işləri görülür VİDEO

Veb TV | 21:05 • 3 Sentyabr 2024
Kəlbəcərdə genişmiqyaslı bərpa-yenidənqurma işləri görülür

İşğaldan azad edilmiş Kəlbəcərdə genişmiqyaslı bərpa-yenidənqurma işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, yeniliklərdən biri Tərtər çayı üzərində tikilən "Yuxarı Vəng" Su Elektrik Stansiyasıdır.

İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji” zonasına çevrilməsi istiqamətindəki enerji strategiyasına uyğun olaraq, "AzərEnerji" ASC tərəfindən Kəlbəcər rayonunda yeni tikilən 22,5 meqavat gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyası torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji” mənbəyidir. 

Təkcə 22,5 meqavat gücündə "Yuxarı Vəng" SES-də istehsal edilən "yaşıl enerji” növbəti 5 il ərzində ilin bütün fəsillərində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. 

Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində də işlər sürətlə aparılır. 

Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinə birinci mərhələdə  201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır. 

Ümumi sahəsi 2,2 hektardan çox olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində  isə 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil ediləcək. 

Kompleksin ərazisində həmçinin 528 şagird yerlik məktəb inşa olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Xəbər lenti

Çox oxunanlar