Xəzər Xəbər

Həm kartdakı pulu mənimsədilər, həm də bankdan kredit götürdülər VİDEO

Veb TV | 19:34 • 3 Sentyabr 2024
Həm kartdakı pulu mənimsədilər, həm də bankdan kredit götürdülər

Avtomobilini elan saytında satışa qoyan şəxsin 17 min manatdan çox pulu mənimsənilib.

O, naməlum şəxslər tərəfindən kiberdələduzluğa məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəbrayıl rayon sakini Malik Əsədovun başına gəlib.

Kiberdələduzlar bununla da kifayətlənməyiblər. Zərərçəkmiş Malik Əsədov iddia edir ki, onlar həmin kart vasitəsilə banka onlayn müraciət edib, adına kredit rəsmiləşdirib, bu dəfə külli miqdarda pulu mənimsəyiblər. Vətəndaş dərhal ''102'' xidmətinə məlumat verib.

Malik Əsədovun səsləndirdiyi iddia, yəni onun xəbəri olmadan adına kreditin açılması ilə bağlı banka müraciət etdik. Sözügedən bankdan ''Xəzər Xəbər''ə bildirdilər ki, kart məlumatları əsasında onlayn formada banka müraciət edib, kreditin götürülməsi mümkündür və bu dünya təcrübəsində də var. ''Bu səbəbdən də hər bir şəxs bank kartını və şəxsi məlumatlarını məxfi saxlamalıdır'',- deyə bankdan əlavə etdilər. 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, Malik Əsədovun kibercinayətkarlığa məruz qalması ilə bağlı Füzuli rayon polis şöbəsinə etdiyi müraciət əsasında cinayət işi başlanıb. 

Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzlardan qorunmaq üçün onlayn alış-veriş edərkən diqqətli olmağı, şəxsi məlumatları gizli saxlamağı tövsiyə edir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar