Dərs ilinin başlanmasına sayılı günlərin qaldığı bir vaxtda ali təhsil ocaqlarının fəaliyyət göstərdiyi bölgələrdə də kirayə bazarında canlanma yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, Lənkərandakı təhsil müəssisələrinə qəbul olunan tələbələr kirayə ev axtarırlar. Rayonda fəaliyyət göstərən rieltorlar bildirirlər ki, təhsil almaq üçün rayona gələn tələbələr həyət evlərinin kommunal xərcləri çox olduğu üçün bu evlərə yox, bina evlərinə maraq göstərirlər. Bu səbədən də bu il kirayə verilən bina evlərinə tələbat çox olduğu üçün qiymətlər ev sahibləri tərəfindən qismən artırılıb.
Mingəçevirdə də kirayə evlərə tələbat artıb.
Sumqayıt şəhərində də hazırda kirayə bazarında canlanma müşahidə olunur. Rieltorlar son vaxtlar kirayə qiymərlərində artım olduğunu bildirirlər.
Ekspertlər yeni tədris ili başladıqdan sonra kirayə bazarında vəziyyətin tədricən stabilləşəcəyini bildirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.