Xəzər Xəbər

Gəncədə yaşayış binasında YANĞIN VİDEO

Veb TV | 12:55 • 3 Sentyabr 2024
Gəncədə yaşayış binasında  YANĞIN

Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib.

"Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub", - məlumatda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar