Piyada keçidindən keçsə də hələ də qəza şəraiti ilə üzləşən vətəndaşlar var.
Xezerxeberr.az xəbər verir ki, müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl "zabitlər" parkının qarşısında və səbail rayonu, bünyad sərdarov və lermontov küçələrinin kəsişməsində baş verib.
Bəzi sürücülər piyada keçidindən keçənlərə ya yol vermir, ya da qəza şəraiti yaradırlar.
Sürücülərin qaydalara riayət etməməsini görən bəzi vətəndaşlar isə piyada zolağından maşının keçməsini gözləyirlər.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, piyada zolağından keçənlərə yol vermək hər bir sürücünün vəzifəsidir.
Mərkəzdən o da bildirildi ki, belə hallar yaşanarsa həmin sürücülərə inzibati qaydada cərimə tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.