Xəzər Xəbər

Azərbaycanda aktyorun ayağı həkim səhvindən amputasiya olunub? – Klinikadan AÇIQLAMA VİDEO

Veb TV | 21:20 • 2 Sentyabr 2024
Azərbaycanda aktyorun ayağı həkim səhvindən amputasiya olunub? – Klinikadan AÇIQLAMA

11 gün reanimasiyada yatandan sonra ayağı amputasiya olunub.

Xezerxeber.az xəbər verir ki, Binəqədi Rayon Mədəniyyət Evinin Xalq Teatrının rejissor-aktyoru olan Ə     lvan Fərmanoğlu bunun həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edir.

Aktyor bildirib ki, Sol ayağından anju olunub, stend qoyulub. Anju olunan vaxtı damar zədələnib. Daxili qanaxma olub. Buna görə də həkim qılçaya dizdən yuxarı nahiyyədən jqut bağlayıb ki, qanaxmanın qarşısı alınsın. Həmin jqut həkim göstərişinə əsasən, 3 gün müddətində qalıb.

Sonra ağrının şiddətlənməsi səbəbindən yenidən həmin həkimə, yəni klinikanın uzman həkimi İlqar Hüseynova müraiət etsə də, onu tapa bilməyib. Daha sonra yaxınları onu Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinə gətiriblər. Elə burda vəziyyəti ağır olan, günlərlə reanimasiyada yatan aktyorun qanqrena olan həmin ayağı amputasiya olunub.

Məsələ ilə bağlı aktoyorun hazırkı həkimi, Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin elmi işçisi İlqar Namazov da danışıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar